AzNews.az xəbər verir ki, Prezident İlham Əliyevin qərarı ilə ölkədə baş verən faciə, yaşanan insan itkisi ilə əlaqədar olaraq bir günlük (6 dekabr) matəm elan edilib.
Xəbərdə bildirilir ki, mediaya və televiziya kanallarına əyləncəli verilişlərin yayımlanması tövsiyə olunmur.
Qeyd edək ki, SOCAR-ın yaydığı rəsmi məlumata görə, 1 nəfərin öldüyü, 29 nəfərin isə itkin düşdüyü bildirilir. Onların axtarışları davam etsə də, sağ qalma ehtimalları yox dərəcəsindədir.
Hadisə ilə bağlı Prezident tərəfindən komissiya yaradılıb.