Bakının Nardaran qəsəbəsində DİN-in "təmizləmə əməliyyatı" davam edir. "Turan"ın verdiyi son məlumata görə, həmin əməliyyatlar çərçivəsində qəsəbə ağsaqqallı Hacı Fəyyazın iki oğlu saxlanıb. Saxlanmanın səbəbi açıqlanmır.
Xəbərə görə, Nardarana elektrik və qaz verilişi hələlik bərpa olunmayıb. Hazırda qəsəbədə enerji və qazpaylama şirkətlərinin nümayəndələri işləyir, smart-sayğaclar quraşdırılır.
Xatırladaq ki, "Azərişıq” ASC -nin məlumatına görə, Nardaranın 42 milyon manat elektrik borcu var.