"Günəşli” yatağındakı 10-cu özüldə baş verən yanğın hazırda davam edir. Hadisə ilə əlaqədar yaradılan qərargahdan "Trend”ə verilən məlumata görə, SOCAR rəhbərliyi səhər saatlarında hadisə yerinə gedib.
Məlumata əsasən, özüldə olan işçilər yanğın yerindən təxliyə olunub və onların vəziyyəti yaxşıdır. Lakin hələ də dənizdə xilasetmə qayıqlarda və gəmidə qalıblar.
Xatırladaq ki, hadisə yerində olan 42 nəfər işçinin hamısı yanğından xilas olunub, insan itkisi yoxdur.