Bu gün saat 12:30 radələrində güclü tufan nəticəsində "Neft Daşları” NQÇİ-nin 501 saylı özülündə köçk qarışıq dənizə düşən 3 neftçidən birinin cəsədi tapılaraq sudan çıxarılıb.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, bu, səyyar aqreqatın motorçusu, 1961-ci il təvəllüdlü Bəhmən Cəfərovdur.
FHN qalan iki neftçinin axtarışlarını davam etdirir. Axtarış-xilasetmə işlərinə nazirliyin helikopterləri və gəmiləri cəlb olunub.