Yeni qanuna əsasən, KİV xüsusi əməliyyatın taktikası və bu zaman istifadə edilən texnika barədə məlumat yaymaq hüququna malik deyil. KİV, həmçinin əməliyyatın keçirilməsinə mane ola biləcək, xüsusi əməliyyatın keçirildiyi yer yaxınlığında yerləşən insanların səhhətinə zərər vura biləcək məlumatı, eləcə də dini ekstremizmi təbliğ edən və ona haqq qazandıran məlumatı yaymaq hüququna malik deyil.