H.Hacıyev qeyd edib ki, əsassız ittihamlardan ibarət olan bu çıxışda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlarda irəliləyişə nail olmaq üçün heç bir müsbət məqam yoxdur: "Bu arada qoşunların təmas xətti boyunca rəsmi Yerevan tərəfindən diversiya əməllərinə əl atılması və bu kimi məsuliyyətsiz davranışın nəticəsində çoxsaylı itkilər verməsi Ermənistanın əsl məqsədinin nədən ibarət olduğunu bir daha göstərir".