Rusiyaya aid hərbi karqo təyyarəsinin Hələbin şimalında PKK-nın uzantısı olan PYD-nin nəzarətindəki Şeyx Maqsud bölgəsinə havadan 5 ton silah-sursat atdığı bildirilir. Baki-xeber.com bu barədə Habertürk-ə istinadən xəbər verir.
Suriya Yerli Koordinasiya Komitəsindən olayla bağlı verilən açıqlamada bildirilir ki, silahlar Şeyx Maqsud bölgəsinə bu gün səhər yerli vaxtla saat 03.00-da atılıb. Komitənin açıqlamasında PYD-yə Rusiyanın bu yardımının noyabrın 24-də Türkiyə səmasında təyyarəsinin vurulmasına cavab olaraq həyata keçirildiyinə diqqət çəkilir. Ümumiyyətlə isə Rusiyanın PYD ilə yaxınlaşmasının iki aydır nəzərə çarpdığı bildirilir. Belə ki, Komitənin məlumatına görə, ötən həftə PYD hazırda nəzarətində olan Afrin və Kobanini birləşdirmək üçün Rus hərbiyyəsinin çətiri altında Əziz-Cerablus xəttində müxaliflərin cəbhə xəttinə hücumlar təşkil edib.