Cümə axşamı günü, 05 noyabr 2026
     

Nardaran "ekstremist üsyanında" öz açılımını gözləyən kölgəli məqam...

Image


Son əməliyyatda ölənlərdən əvvəl yüzlərlə nardaranlını mənən öldürənlər kimdir...
DİN rəhbərliyi ideal tapıntı sayılan üsul tətbiq etdi

Oxşayır ki, işlər qaydasına düşür. Bakının beş addımlığındakı məşhur kəndi bürümüş vahimə görüntüsü, qara-qura aura, bəd ovqat ortadan çıxır. Paytaxt kəndləri arasında yeganə kənddir ki, imici sanki qorxu-vahimə ixrac edirdi. "Dünyanın düz vaxtları"nda belə, hansısa məişət, ticarət məqsədilə bu kəndə getməli olanlar əvvəldən axıradək səksəkəli olublar, səbəbini özləri də dəqiq bilməyiblər, lakin mümkün qədər oranı tez tərk etmək istəyiblər.
Soruşanda isə sadəcə belə deyirdilər":qorxulu kənddi". Dar, qaranlıq, dolanbac küçələri, sanki qəsdlə yaradılmış keçilməzlikləri, əcnəbi dildə rənglənmiş şüarları, sözün həqiqi mənasında "qara tökən" dini elementləri başdan-ayağa qara geyimləri göstərir, bunlardan da nəticə çıxarırdılar ki, oradakı hər şeyin tək görüntüsündə yox, batinində də şübhəli, bəd şeylər var. Bu kənddə mülk alan gəlmələrə ehtiyatlı olmağı tövsiyə edənlər də olurdu. Nədən, kimdən ehtiyatlı olmağın gərəkliyinə isə kimsə ya bilməzlikdən, ya da mücərrəd bir qorxudan izah vermirdi. Beləliklə, bu kənd qorxulu nağıllardakı kimi getdikcə təhlükəli, mifik imicə malik məkana çevrilirdi. Kənd camaatı zaman-zaman özünə qapanmağa, hamıdan fərqlənməyə çalışır, hətta bu əlahiddəliyin çox normal və düzgün əqidə yolu olduğuna vurğunluq hissləri yaranır, möhkəmlənirdi. Kimlərsə vicdanlı yanılma ilə bu ovqata düşür, az-çox dünyəvi düşünmək qabiliyyəti olanları isə açıq və gizli təhdidlərlə bu yola salırdılar. İllər keçdikcə, məhz idarə olunan bu mexanizmin təsiri altında insanlar çadra ilə zahirlərini, xurafatçı, cahil təzislərlə özlərinin bütün mənəvi və zəka dünyasını müasir sivil aləmdən kənarlaşdırırdılar. Həmişə arxa çevrilən o sivil dünya isə Nyu-Yorkda, Londonda, Moskvada yox, onların elə özlərinin "beş addımlığında" - Bakıda idi...
Təəccüblü görünməsin, Londondakı, Berlindəki, İstanbuldakı sivilizasiyanı görə bilmədiklərini anladıq, "beş addımlıqda" Bakı küçələrindəki, meydan və saraylardakı, universitetlərdəki yüksələn sivilizasiya niyə görünməz oldu onlar üçün?! Qadının qapqara geyimdən kənara çıxmasının cinayət, uşağın məktəbə getməsinin küfr, dövlətdə işləməyin xəyanət, lakin bəzi hallarda hətta narkotik düşkünlüyünün normal həyat sayıldığı bir cəmiyyət nəinki Londonu, Nyu-Yorku, Berlini, heç Bakıdakı sivilizasiyanı da görə bilməzdi. Gözümüzün qabağında göz dağı kimi bir yaşam modeli formalaşdı - özündən buraxdığı və gizli yollarla xaricdəki bəlli ünvanlardan aldığı reaktiv enerji ilə özünün cəhalət dünyasını daim möhkəmləndirən, gücləndirən, kompromissiz düşmənçilik ovqatı ilə yaşayan model...
İndi bəzi belə detallar DİN-in dəqiq əməliyyatları sayəsində arxada qalsa da, maraqlı proses başlayıb. Artıq ölkədə hamı, hətta Nardaran sakinlərinin özləri də sağlam şəkildə anlamağa başlayıblar ki, kimlərsə oranı illər boyu ekstremist qrup yuvasına çevirib. Uşaqları təhsildən, qadınları dünyəvi işdən ayırmaq, bəzi zəif gəncləri uyuşdurucu asılılığına bağlamaq məqsədli iş imiş. Çünki məlum ekstremist məqsədlərin həyata keçirilməsi üçün bu cür qeyri-yetkin və anlaşıqsız sosial baza çox əlverişli sayılır.
DİN-in əməliyyatları sayəsində kəndin üzərində illərdən bəri dolaşan vahiməli ruh xeyli zəiflədildi, əslində kənd camaatının özü də azad nəfəs almağa başlayıb. Kənddəki
polis postları, gəzişən hüquq-mühafizə əməkdaşları onların əslində zülmətdən daha işıqlı bir yola keçidini təmin etmək üçün çalışır. Bu gün Nardaranda kimlərsə polislərə düşmən kimi baxa, qisas almaq üçün fürsət axtara bilər, elə axtarırlar da... Ancaq çox çəkməz, bir neçə ildən sonra kəndin bugünkü çadralı, məktəbdən uzaqlaşdırılmış qız-gəlinləri sivil həyatın daşıyıcılarına çevriləndə ilk olaraq elə nardaranlılar bu gün düşmən kimi baxdıqları polislərin əslində nə iş gördüklərinin fərqini anlayacaqlar. Polis qadınların Nardarandakı əməliyyata qoşulması isə DİN rəhbərliyinin bu orijinal şəraitə uyğun ideal tapıntısı sayıla bilər. Müqayisə üçün əla görüntüdür: bir yanda yad ideologiyalarla kənddə məskunlaşmış ekstremist Bağırzadə kimilərin feodalsayağı düşüncə məhsulu olan qaraya bürünmüş fəaliyyətsiz qadınlar, başqa yanda isə sivil Azərbaycan dövlətçiliyi ideologiyasının məhsulları olan qanun keşikçisi qadınlar... Fərqi çox izah etməyə ehtiyac yoxdur, indi çoxları bunu görür, zamanı gələndə Bağırzadələrin təbliğat toruna düşərək "taleh"ləri alt-üst olmuş və bəsirətləri bağlanmış bəzi kənd sakinlərinin özləri də görəcək.
Kənddə əməliyyat hələ davam edir, etməlidir, sonuncu nardaranlının, onlara yanlış dəstək verən başqa yerlilərin də bəsirətləri tam açılana qədər... Təəssüf ki, bu yolda ölənlər, yaralananlar oldu. Ancaq ölüm tək cismani sonluq demək deyil, onun mənəvi ölüm, mənəvi qətl deyilən formaları da var. Hansısa cinayətkar planlar naminə körpə yaşlardan çadra altına salınan, məktəbdən, universitetdən məhrum edilən uşaqlar əslində mənən öldürülmüş, qətl edilmiş binəsiblər deyilmi? Kim bilir, bu sayaq əməllərlə neçə nardaranlı istedad parlamadan məktəb divarlarının arxasında, tinlərdə, çadralar altında məhv edildi...
DİN-in əməliyyatları nəticəsində Nardaranda öldürülmüş insanlara görə ən böyük məsuliyyəti məhz bu dairələr daşıyır. Taleh Bağırzadə Nardaranda nə axtarırdı, niyə bu kəndə sığınmışdı, elmi, dini yaradıcılıq və axtarışlar üçün məgər onun ana torpağı İsmayıllı Nardarandan geridə qalır? Elə əməliyyat keçirilən gün də orada çoxlu sayda başqa yerlərdən gəlmiş "həmfikir ekstremistlərin" olduğu barədə söz-söhbətlər dolaşır. Öldürülmüş 4 ekstremistdən ikisinin "bəd niyyətli qonaqlardan" olduğu deyilir. Bu insanlar Nardarana niyə yığışırmışlar? Hazırda aparılan əməliyyatlar və istintaq bütün Azərbaycan xalqının açılımını gözlədiyi ən qaranlıq (hələlik) məqamlardan biri olan bu məsələyə yəqin aydınlıq gətirəcək...
Tahir TAĞIYEV
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ