Cümə axşamı günü, 05 noyabr 2026
     

Mədət Quliyev dövlət sirri ilə bağlı yeni qaydanı təsdiq etdi

Image


Azərbaycan milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən general-leytenant Mədət Quliyev "Dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərarın qəbul edilməsi Qaydası”nı təsdiq edib. Trend-in məlumatına görə, dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərar bu Qaydaya uyğun olaraq qəbul edilir.

Qaydada qeyd olunur ki, dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərar belə məlumat barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanı tərəfindən qəbul edilir.

Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanları və onların sərəncamına verilmiş məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət sirrinə aid edilən məlumatların Siyahısı” ilə müəyyənləşdirilir.

Dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərar bu faktın xidməti təhqiqatına dair materialların qiymətləndirilməsi yolu ilə qəbul edilir. Dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktı üzrə xidməti təhqiqatın aparılması, nəticəsinə dair materialların hazırlanması və təqdim edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 mart tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması üzrə ekspert rəyinin hazırlanması və təsdiq edilməsi Qaydası”na uyğun olaraq həyata keçirilir.

Dövlət sirri təşkil edən məlumatın (bundan sonra – məlumat) qeyri-qanuni yayılması faktının xidməti təhqiqatına dair materiallar belə məlumat barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanı üzrə məxfiləşdirilməli məlumatlar siyahısını hazırlamış ekspert komissiyası (bundan sonra – ekspert komissiyası) tərəfindən, bu orqanın rəhbərinin tapşırığı əsasında qiymətləndirilir.

Məlumatın qeyri-qanuni yayılması faktının xidməti təhqiqatına dair materialların daha obyektiv qiymətləndirilməsi məqsədilə ekspert komissiyasının işinə yayılma faktının baş verdiyi dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra – təşkilat) mütəxəssisləri cəlb edilə bilər.

Kənar təşkilatın mütəxəssisinin ekspert komissiyasının işinə cəlb edilməsi ekspert komissiyasının təşəbbüsü və həmin təşkilatın rəhbərinin razılığı ilə həyata keçirilir.

Ekspert komissiyasının işinə cəlb edilmiş mütəxəssis təhqiqatın nəticəsində marağı olmayan və dövlət sirri ilə işləməyə müvafiq formalı buraxılışı olan şəxs olmalıdır. Ekspert komissiyasının iclasının keçirilmə vaxtı və ekspert komissiyasının işinə cəlb edilməli şəxslər komissiyanın sədri tərəfindən müəyyən edilir. Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi tərəfindən müəyyən olunan mütəxəssislər ekspert komissiyasının işində bilavasitə iştirak edə bilərlər.

Ekspert komissiyasının iclası dövlət sirrinin texniki kanallarla sızmasının istisna edildiyi otaqda keçirilməlidir. Ekspert komissiyasının iclasının təşkilində dövlət hakimiyyəti orqanının dövlət sirrinin mühafizəsi üzrə bölməsi iştirak edir və iclas zamanı dövlət sirrinin mühafizəsinə görə məsuliyyət daşıyır.

Məlumatın qeyri-qanuni yayılması faktının xidməti təhqiqatına dair materialın qiymətləndirilməsi aşağıdakıları nəzərdə tutur:

- qeyri-qanuni yayılmış məlumatın dövlət sirri təşkil etməsi və məxfilik dərəcəsi haqqında ekspert rəyinin, habelə təhqiqat komissiyası tərəfindən müəyyən edilmiş ziyanın obyektivliyinin qiymətləndirilməsini;

- məlumatın qeyri-qanuni yayılması faktının baş verdiyi təşkilatda dövlət sirrinin mühafizəsi sisteminin effektivliyinin artırılması istiqamətində görülən tədbirlərin yetərliliyinin qiymətləndirilməsini.

Qeyri-qanuni yayılmış məlumatın dövlət sirri təşkil etməsi və məxfilik dərəcəsi haqqında ekspert rəyinin obyektivliyi qiymətləndirilərkən aşağıdakılara diqqət yetirilməlidir:

- məlumat məxfiləşdirilərkən Azərbaycan Respublikasının "Dövlət sirri haqqında” Qanunu ilə (bundan sonra - "Dövlət sirri haqqında” Qanunla) müəyyən edilmiş prinsiplərə əməl edilib-edilmədiyinə;

- məlumatın daşıyıcısında "Dövlət sirri haqqında” Qanunla müəyyən edilmiş rekvizitlərin qoyulub-qoyulmadığına, o cümlədən məlumatın məxfiliyinin açılması tarixinin və ya şərtinin, yaxud buna səbəb ola biləcək hadisənin müəyyən edilib-edilmədiyinə;

- məlumatın məxfiləşdirilməsinin əsaslığının və əvvəllər verilmiş məxfilik dərəcəsinə uyğunluğunun "Dövlət sirri haqqında” Qanunla müəyyən edilmiş müddətdə yoxlanılıb-yoxlanılmadığına.

Məlumatın qeyri-qanuni yayılması nəticəsində vurulmuş ziyan Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 249 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Məlumatların dövlət sirrinə aid edilməsi Qaydaları”na uyğun olaraq hazırlanmış normativ-metodik sənədə əsasən müəyyən edilir.

Ekspert komissiyası yayılmış məlumatın dövlət sirri təşkil etməsinə və məxfilik dərəcəsinə dair ekspert rəyi ilə, yaxud təhqiqat komissiyasının müəyyən etdiyi ziyanla razı olmadıqda, məsələyə ekspert komissiyası tərəfindən yenidən baxılır. Bu halda yayılmış məlumatın dövlət sirri təşkil etməsinə və məxfilik dərəcəsinə dair ekspert rəyinin hazırlanmasını, habelə vurulmuş ziyanın müəyyənləşdirilməsini ekspert komissiyası həyata keçirir.

Dövlət sirrinin qeyri-qanuni yayılması faktının xidməti təhqiqatına dair materialların qiymətləndirilməsi ilə bağlı işlərin baxılması və həll edilməsi zamanı meydana çıxan bütün məsələlər ekspert komissiyası üzvlərinin səs çoxluğu ilə həll edilir. Əksəriyyətin qəbul etdiyi qərarla razılaşmayan ekspert komissiyasının üzvü öz rəyini yazılı şəkildə bildirə bilər və rəy işə əlavə olunur.

"Dövlət sirri haqqında” Qanuna əsasən məlumatın qeyri-qanuni yayılması bütövlükdə Azərbaycan Respublikasının və ya mərkəzi icra hakimiyyəti orqanının mənafeyinə ziyan vurmaqla nəticələndikdə, fakt üzrə materiallara Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyada (bundan sonra – İdarələrarası Komissiya) baxılır. Belə məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərar İdarələrarası Komissiyanın rəyi nəzərə alınmaqla qəbul edilir.

Məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərar ekspert komissiyası tərəfindən hazırlanır və yayılmış məlumat barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanının rəhbəri tərəfindən imzalanır.

Qərar aşağıdakı məsələləri əhatə edir:

- məlumatın qeyri-qanuni yayılması faktının xidməti təhqiqatına dair materialların belə işlər üzrə istintaqı həyata keçirən orqana – Milli Təhlükəsizlik Nazirliyinə (bundan sonra – istintaq orqanı) göndərilməsini;

- dövlət sirrinin mühafizəsi sisteminin təkmilləşdirilməsi üzrə tapşırıqları;

- qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri daxilində təqsirli şəxslər barədə məsuliyyət tədbirlərini;

- məxfiləşdirilməli məlumatların siyahısına dəyişikliklər edilməsini.

Materialların istintaq orqanına göndərilməsi barədə qərar yayılmış məlumatın dövlət sirri təşkil etdiyi ekspert rəyi ilə təsdiq edildikdə qəbul edilir. Məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərar faktın xidməti təhqiqatına dair materialların dövlət hakimiyyəti orqanına daxil olduğu vaxtdan 15 gün müddətinə qəbul edilməlidir.

Məlumatın qeyri-qanuni yayılması belə məlumat barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanı üzrə məxfiləşdirilməli məlumatlar siyahısına dəyişikliklər edilməsi zərurəti yaradarsa, göstərilən siyahıya qanunvericiliklə müəyyən edilmiş qaydada dəyişiklik edilir. Məlumatın qeyri-qanuni yayılması faktı istintaq orqanı tərəfindən aşkar edildiyi halda, bu orqan qeyri-qanuni yayılma faktına bilavasitə aidiyyəti olan materialları da əlavə etməklə, həmin məlumatın dövlət sirri təşkil edib-etməməsi, məxfilik dərəcəsi və vura biləcəyi ziyan barədə rəyin verilməsi üçün bu məlumat barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanına sorğu etməlidir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ