Səhər saatlarından başlayaraq Nardaran qəsəbəsinin girişinə beton plitələr düzülür. Trend-in məlumatına görə, məqsəd qəsəbəyə giriş yolun daraldılması və nəzarətin gücləndirilməsidir.
Hazırda qəsəbənin giriş-çıxışına əvvəlki qaydada ciddi nəzarət olunur. Avtomobil və şəxslərin sənədləri yoxlanılır.
Qeyd edək ki, dekabrın 1-də saat 08:00-da vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanılıb.