Ötən gecə Britaniya HHQ-nin Suriyada hava zərbələrinin hədəfi "İslam dövləti” terrorçu təşkilatının nəzarətində olan neft mədənləri olub. Baki-xeber.com bu barədə kommersant.ru saytına istinadən xəbər verir.
Xəbərə görə, ötən gecə Britaniyanın 4 "Tornado” təyyarəsi İŞİD-in neft hasil etdiyi 7 hədəfi bombalayıb. Britaniya təyyarələrinin Kıbrısdakı hərbi bazadan qalxdığı bildirilir. Qeyd edək ki, Britaniya Krallığının Hərbi hava Qüvvələrinin İŞİd mövqelərinə hava zərbələri endiriləsi əməliyyatlarında iştirakı parlament səsverməsinə çıxarılıb və 397 parlamentari lehinə, 223-ü əleyhinə olmaqla qəbul edilib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin və Britaniya baş naziri Devid Kemeronarasında terrorizmə qarşı mübarizədə güclərin birləşdirilməsi ilə bağlı razılıq əldə olunub.