ABŞ Dövlət Departamenti "İslam dövləti” terrorçu təşkilatının hasil etdiyi neftin Türkiyə sərhədini keçdiyini təsdiqləyib. Bu barədə baki-xeber.com kommersant.ru saytına istinadən xəbər verir.
"İŞİD neftinin bu sərhədi keçdiyi faktdır. Bu səbəbdən biz türkiyədən sərhədləri bağlamasını istəyirik” – deyə Dövlət Departamentinin rəsmisi Mark Toner bildirib. Lakin o, bu zaman Rusiyanın sputnik çəkilişlərinin həqiqiliyini təsdiqləməyib.
Xatırladaq ki, Rusiya Müdafiə naziri bu gün Türkiyə prezidentinin ailə üzvlərinin də İŞİD-in qanunsuz neft ticarətində iştirak etdiyini iddia edib. Bildirilib ki, terrorçu təşkilatın ildə 2 milyard dollar gəlir əldə etdiyi neft ticarətinin əsas alıcısı Türkiyədir. Rusiya prezidenti Putin isə Su-24 təyyarəsinin bu ticarətin təhlükəsizliyini təmin etmək məqsədilə vurulduğunu iddia edir.