"İslam dövləti” terrorçu təşkilatının üzvləri "rus agenti” olduğu deyilən şəxsin edam görüntülərinin əks olunduğu video yayıb. Baki-xeber.com-un gazeta.ru saytına istinadən xəbərinəgörə, bu barədə NBC telekanalı xəbər yayıb.
Xəbərdə bildirilir ki, videoda girovun "kəlləsini alan” İŞİD üzvü rus dilinə oxşar dildə danışır. Terrorçu qruplaşmanın daha öncə yaydığı videoda terrorçular Rusiyanı təhdid edərək Rusiyada teraktların "yaxın zamanda” yaşanacağını bildiriblər. O da bildirilir ki, həmin videoda danışıq rus dilində, musiqinin müşayiətilə gedir. Eyni zamanda görüntülərdə Avropanın ünvanına da təhdidlər səsləndirilir.