Dekabrın 1-dən başlayaraq Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları tərəfindən əməliyyatlar davam etdirilir. Trend-in məlumatına görə, keçirilən xüsusi əməliyyat zamanı bir nəfər polisə müqavimət göstərərkən yaralanıb.
Trend-in məlumatına görə, Nardaran sakini Əbülfəz Hacıbalaoğlu polisə daş atıb. Polis məcburiyyət qarşısında qalaraq, müqavimət göstərən şəxsi ayağından yaralayıb. Müqavimət göstərən şəxs həbs edilib.
Qeyd edək ki, ötən gün saat 08:00-da vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanılıb.