Dağlıq Qarabağa qeyri-qanuni səfər etmiş biznesmen German Sterliqov Rusiya İstintaq Komitəsində ifadə verib. APA-nın "İnterfaks”a istinadən verdiyi məlumata görə, G. Sterliqov bildirib ki, müstəntiqlərin verdiyi suallar əsasən Azərbaycan tərəfinin irəli sürdüyü ittihamlar və onun Bakıya təhvil verilməsi ilə bağlı olub.
"Müstəntiqlər mənə dedilər ki, Rusiya öz vətəndaşlarını heç bir ölkəyə təhvil vermir və ekstradisiyam barədə söhbət gedə bilməz”, - deyə o vurğulayıb.