Cümə axşamı günü, 18 iyun 2026
     

Zakir Həsənov Azərbaycan Ordusunun təchizatında ən müasir silahların olduğunu bəyan etdi

Image


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyəti ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məktəbin zabit və kursant heyətinin, pedaqoji kollektivinin, həmçinin xüsusi təyinatlı təhsil müəssisələri üzrə qurumların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Z.Həsənov tədbirdə çıxış edərək özünün də məzunu olduğu Hərbi Liseyin şəxsi heyəti ilə görüşündən məmnun olduğunu bildirib və ölkəmizdə ordu quruculuğu prosesində təhsil ocağının xüsusi rolunu qeyd edib.

Nazirin sözlərinə görə, hələ sovet dövründə xalqımızın ümummilli lideri Heydər Əliyev bu vacib təhsil müəssisəsini yaratmaqla böyük uzaqgörənlik nümayiş etdirib: "Dahi rəhbərimiz hələ neçə illər əvvəl Azərbaycanın müstəqil dövlət olacağını düşünərək belə qətiyyətli islahatlara imza atmışdı. Mən deyərdim ki, müasir Silahlı Qüvvələrimizin formalaşmasında Hərbi Liseyin çox mühüm əhəmiyyəti olub. Məktəbin yetirmələri bu gün də ordumuzun sıralarında məsul vəzifələrdə xidmət edərək ölkəmizin hərbi qüdrətinin güclənməsində bacarıq və səylərini əsirgəmirlər”.

Kursantlara ulu öndər Heydər Əliyevin irsindən nümunə götürməyi tövsiyə edən nazirin sözlərinə görə, onlar bu məktəbdə təhsil almalarından iftixar hissi duymalı, zabit olmağı qarşısına məqsəd qoyan hər kəs dövlətə və xalqa sədaqəti, nizam-intizamı, mənəvi dəyərlərə bağlılığı ilə seçilməlidir.

Z.Həsənov çıxışında son illər Azərbaycan xalqı və dövləti, şəxsən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordunun inkişaf etdirilməsinə göstərilən diqqət və qayğıdan söhbət açıb və qeyd edib ki, hazırda hərbi hissələr müasir səviyyədə qurulur, yeni silah və hərbi texnikalar alınır: "Artıq ordunun təchizatında ən müasir silahlar var. Bu dövlətimizin iqtisadi inkişafının təzahürüdür. Hər kəs bilməlidir ki, xalqımız və dövlətimiz Silahlı Qüvvələrin hərbi potensialının artırılmasında maraqlıdır. Bizim vəzifəmiz isə torpaqlarımızı son qarışına kimi azad etməklə göstərilən bu yüksək etimadı layiqincə doğrultmaqdır”.

Müdafiə naziri çıxışının sonunda kursantlara təhsildə və intizamda uğurlar arzulayıb və əminliklə qeyd edib ki, onlar xalqımızın tarixi qəhrəmanlıq ənənələrini layiqincə davam etdirəcəklər.

Tədbirdə çıxış edən Hərbi Liseyin rəisi polkovnik Rüfət Əmirov, müəllimlər və kursantlar əvvəlki dövrlərlə müqayisədə hərbi təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün bir sıra vacib işlər görüldüyünü bildirib, eləcə də göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Görüşdə müdafiə naziri tərəfindən təhsildə və intizamda fərqlənən bir qrup kursanta hədiyyələr təqdim edilib.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Baş həkimə illər öncə açılmış cinayət işi yenidən təzələndi...

Avropa Komissiyasından Trampın kürəkəninə ağır zərbə - "dayandırın"...

Ümumi daxili məhsulla bağlı maraqlı vəziyyət yarandı - həm müsbət, həm də mənfi tərəfləri var...

SON XƏBƏRLƏR

17.06.2026 / 22:55
Dron zərbələri Putini qeyri-adi qərara məcbur etdi - 95 standartı ilə 92 benzin...

17.06.2026 / 22:39
Bakı və Abşeron bələdiyyələri reklam gəlirlərini gizlədir - iddia...

17.06.2026 / 22:11
Tramp İran məsələsində “günah keçisi”ni tapdı - Vens “gedəcək”…

17.06.2026 / 21:48
Tramp İran müharibəsindən sonra “yeni Ukrayna siyasətinə başlayır” - kimin yanında?...

17.06.2026 / 21:35
G7-də "Beyrut gərginliyi" - Tramp Netanyahuya Livanla bağlı xəbərdarlıq etdi

17.06.2026 / 20:38
Putin Zelenskinin Fransada G-7 zirvəsində görüş təklifindən imtina etdi...

17.06.2026 / 20:15
Qəbul imtahanının nəticəsi açıqlandı...

17.06.2026 / 20:14
Professor Asif Rüstəmlinin yeni kitabı çap olunub

17.06.2026 / 19:50
MSK icazə verdi - Köçəryana cinayət işi açılır...

17.06.2026 / 19:35
Britaniya Baş nazirinin iki əmlakı və avtomobili yandırıldı - arxasından Rusiya kəşfiyyatı çıxdı...

17.06.2026 / 19:09
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda meyvə bağları ilə tanış olublar - FOTO

17.06.2026 / 19:02
Mingəçevir Dövlət Universitetində nəticəyönümlü akademik fəaliyyətin qiymətləndirilməsi üzrə rəqəmsal idarəetmə modeli istifadəyə verilib

17.06.2026 / 18:46
“Psixiatriya yardımı haqqında” qanunda dəyişiklik müzakirəyə çıxarıldı - FOTO

17.06.2026 / 18:29
"907-ci düzəliş Azərbaycan-ABŞ tərəfdaşlığının səviyyəsi ilə uzlaşmır" - XİN rəhbəri

17.06.2026 / 18:16
Lukaşenko artıq Avropanın onu diktator hesab etmədiyini deyir – o dövr çoxdan geridə qalıb...

17.06.2026 / 17:45
Bakıda xarici narkotacirlərlə işləyən şəxs yaxalandı - 51 kq marixuana, 2000 ədəd həb...

17.06.2026 / 17:31
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

17.06.2026 / 17:25
Deputat Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib

17.06.2026 / 17:18
Paşinyan bir müxalifət liderindən başqa digərlərini məhv etmək istəyir - Sarkisyan niyə "gözüqara" olub...

17.06.2026 / 17:03
"Azərbaycanın kritik mineral ehtiyatlarının 80 faizdən çoxu işğaldan azad edilmiş ərazilərdədir" - Nazir

17.06.2026 / 17:01
Əraqçi Lavrovu İran-ABŞ memorandumunun təfərrüatları barədə məlumatlandırdı

17.06.2026 / 16:46
“Köhnə çamadanlar” Adana tamaşaçısı ilə görüşdü

17.06.2026 / 16:45
Üç dövlət Ermənistana Rusiya müdaxiləsinin qarşısını almaq üçün addım atır...

17.06.2026 / 16:27
Banklar ipoteka-mənzil satışında ağlasığmaz süründürməçiliyə yol verir...

17.06.2026 / 16:14
Tramp Fransada yeni “planını açdı” - Suriyanı, Türkiyəni və Hizbullahı bir - birinə vurdurmaq...

17.06.2026 / 16:07
Maşınların icbari sığortasının yeni qaydalarında ziddiyyətlər var...

17.06.2026 / 15:55
Yeni idarəetmə orqanı -medianın iqtisadi mütəqilliyi üçün yeni mənbələr necə açılacaq?...

17.06.2026 / 15:53
Prezident səhiyyə işçilərini təltif etdi

17.06.2026 / 15:44
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Ağdərənin Baş planı ilə tanış olublar - FOTO

17.06.2026 / 15:38
MEDİA və İƏT Xəbər Agentlikləri Birliyi media sahəsində əməkdaşlığı müzakirə edib - FOTO

17.06.2026 / 15:31
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib - FOTO

17.06.2026 / 15:07
Prezident İlham Əliyev Məhəmməd Süleyman Əl-Casiri “Dostluq” ordeni ilə təltif etdi

17.06.2026 / 14:49
Avroittifaq Ermənistanla "Əlahiddə ticarət tədbirlərinə" başladı - Rusiyanın acığına...

17.06.2026 / 14:46
Tramp 3 noyabradək ən azı Rusiya-Ukrayna memorandumu imzalamağı hədəflədi...

17.06.2026 / 14:43
Hökumət əhalinin Bakıdan regionlara axını üçün hərəkətə keçdi...

17.06.2026 / 14:33
Azərbaycanın Ermənistanla qaz ticarəti başlamamış Rusiya hərəkətə keçib...

17.06.2026 / 14:30
Əlaqələndirmə Qərargahının üzvlərinin Ağdərə və Xocalıya səfəri başlayıb - FOTO

17.06.2026 / 14:27
Rusiya Ermənistan üçün daha əvvəlki Rusiya deyil...

17.06.2026 / 14:20
Bu şəxslər 20 illik gəlir vergisindən azad edilir...

17.06.2026 / 14:16
NATO sammiti ərfəsində Türkiyə-Rusiya münasibətlərində sərinlik başlayıb...

17.06.2026 / 14:12
Erməni toyları sürətlə “azərbaycanlılaşır”... Baxın necə...

17.06.2026 / 13:32
Aİ Rusiyanın Ermənistana təzyiqlərini azaltmaq üçün hərəkətə keçdi – ancaq ortada çətin problemlər də var...

17.06.2026 / 13:10
Kolumbiya səfiri "ASAN xidmət"dən sürücülük vəsiqəsi aldı...

17.06.2026 / 12:47
"Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır" - Əhliman Əmiraslanov

17.06.2026 / 12:39
İranın şansı gətirdi - ərəb ölkələrinin maliyyəsi hesabına gücünü bərpa edəcək...

17.06.2026 / 12:32
Finlandiyadan təklif - Avropa çimərlikləri ruslara qadağan edilsin...

17.06.2026 / 11:55
İran sazişi ABŞ administrasiyasını parçaladı - Tramp üç naziri istefaya göndərə bilər...

17.06.2026 / 11:30
Bir milyonluq qaçaqmalçılıqda ittiham olunan vəzifəlilərdən YENİ XƏBƏR VAR...

17.06.2026 / 11:18
Kılıçdaroğlunun arxayın davranışı suallara yol açdı - Özel qərarlıdır...

17.06.2026 / 11:13
"ABŞ-İran anlaşma mətni Tehranın onu uğurlu kimi təqdim etməsi üçün qeyri-müəyyən saxlanıb" - CNN

17.06.2026 / 11:07
ABŞ İsrailin tələbini rədd etdi - İran sazişinin mətni Təl-Əvivdən gizlədilir...

17.06.2026 / 10:46
İİB Qrupunun Bakı Forumunda 4,7 milyardlıq azı 32 saziş imzalanacaq...

17.06.2026 / 10:37
Bərdədə qadın 10 kiloqramdan artıq narkotiklə tutuldu

17.06.2026 / 10:22
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib - FOTO

17.06.2026 / 10:11
Köçəryanın həbsi üçün düyməyə basıldı – toxunulmazlığı ləğv edilir...

17.06.2026 / 10:01
Son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollardan çox investisiya yatırılıb

17.06.2026 / 09:42
Bakı-Sumqayıt yolunda faciə: hüquqşünasın qızı qəzada öldü

17.06.2026 / 09:32
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salındı

17.06.2026 / 09:25
Əli Əsədova “Bright Uzbekistan” jurnalının xüsusi buraxılışı təqdim olundu

17.06.2026 / 09:14
G7-dən Kiyevə dəstək, Moskvaya sanksiya mesajı – Rusiyanın neft-qaz sektoru hədəfdə...

17.06.2026 / 08:42
ABŞ Senatı Trampın müharibə səlahiyyətləri qətnaməsini 7-ci dəfə rədd etdi

17.06.2026 / 08:42
Rusiya freqatı La-Manş boğazında Britaniya yaxtasına atəş açdı...

17.06.2026 / 08:40
İtaliya Baş naziri maraqlı etiraf etdi - G7 liderləri alqışladı

17.06.2026 / 08:22
Rəşid Əzimovun xatirəsinə “Əbədi İşıq” sərgisi keçirildi

17.06.2026 / 07:20
FTB Ağ Evin yaxınlığında tədbirə dron hücumunun qarşısını aldı

17.06.2026 / 07:08
Roma bazilikasında İtaliya Baş nazirinin surəti görənləri şoka saldı

16.06.2026 / 22:45
Makron və Zelenski Tramp haqqında dedi-qodu edərkən yaxalandılar - mikrofonlar açıq qaldı...

16.06.2026 / 22:30
ABŞ-İran sazişi Cenevrədə yox, Bürqenştokda imzalanacaq – rəsmən təsdiqləndi...

16.06.2026 / 22:11
Orta maaşa görə qonşularla müqayisədə belə vəziyyətdəyik - çıxış yolları...

16.06.2026 / 21:44
İranla Cenevrə sazişini Tramp şəxsən imzalaya bilər - Xamneyi gələrmi?...

16.06.2026 / 21:26
Paşinyan sabiq prezident Sarkisyanı “Kaluqalının kuklası” adlandırdı...

16.06.2026 / 21:15
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi keçirilir - “Qafqaz Qartalı - 2026”...

16.06.2026 / 21:03
Putinin Ermənistana münasibəti Avropanı daha da qorxutdu - xüsusi elçi pul və ticarət vədləri ilə gəlir...

16.06.2026 / 20:47
Parisdə Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri müzakirə edilib

16.06.2026 / 20:28
Tramp Suriyanın Livanda “Hizbullah”a qarşı müharibəyə başlamasını təklif etdi...

16.06.2026 / 20:20
Naxçıvan üçün Tramp da məsul olacaq - Əliyevin növbəti xatırlatması...

16.06.2026 / 19:52
Yoldaşlarını mühasirədən xilas edərək özü şəhid oldu -Namazov Orxan Ceyhun oğlu...

16.06.2026 / 19:20
“Azərbaycanla sülh Ermənistanda iqtisadi inkişafa yeni təkan verib” - Paşinyan

16.06.2026 / 19:06
Hakan Fidan Lavrovla Bakı və İrəvan arasındakı sülh prosesini müzakirə edib

16.06.2026 / 18:59
ABŞ miqrant probleminə çarə tapdı - dünyanın ən kasıb və problemli ölkəsi…

16.06.2026 / 18:58
Vüqar Rəhimzadə: Dayanıqlı media mühitinin yaradılması bütün dövrlər üçün öz aktuallığını qoruyur

Regionların tərəqqisində Qarabağ və Şərqi Zəngəzurun xüsusi çəkisi sürətlə artır

XƏBƏR ARXİVİ