İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycanda dini təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilə bilər. Trend-in məlumayına görə, bu məsələ "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklərin edilməsi haqqında yeni layihədə nəzərdə tutulub.
Layihəyə görə, xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarına islam dininə aid ayin və mərasimlərin aparılması qadağandır.