NATO Alyansa daxil plması üçün Çernoqoriyanı danışıqlara dəvət edib. Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə NATO Baş katibi Yens Stoltenberq bəyan edib.
"NATO Çernoqoriyanın Alyansa üzvlüyü ilə bağlı tarixi qərar qəbul edib. Biz bu ölkənin xarici işlər və müdafiə nazirlərini iclasda iştiraka dəvət edirik - deyə o bildirib”.
"Bu yalnız yolun başlanğıcıdır. Çernoqoriyanın qarşısında intensiv islahatların davamı, korrupsiya ilə mübarizə və ölkənin NATO üzvlüyünə ictimai dəstək qazanılması kimi uzun bir yol var” – o qeyd edib.
Hələ bu ilin iyun ayında Stoltenberq Çernoqoriyanın baş naziri ilə görüşün ardından bəyan etmişdi ki, bu gənc ölkənin NATO alyansına üzvlüyü onun üçün böyük qazanc ola bilər. Elə o zaman Stoltenberq Çernoqoriyanın 2015-ci ilin dekabrında Alyans üzvlüyünə dəvət edilməsi barədə qərar qəbul edib. İndi isə, NATO baş katibinin sözlərinə görə, Çernoqoriya Alyans üzvlüyünə layiq olduğunu göstərməlidir. ”İnteqrasiya asan məsələ deyil, lakin Çernoqoriya bu yolda ciddi inkişaf əldə edib” – deyə o, sonda bildirib.