Parisdə keçirilən iqtisadi əməkdaşlıq və inkişaf konfransında çıxış edən ABŞ prezidenti Barak Obama Rusiyadan Suriya ilə bağlı siyasətini dəyişməsini gözlımıyin mənasız olduğunu deyib. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir.
Obama deyib ki, yalnız Suriya probleminin həlli ilə bağlı Vyanada qəbul olunan qərarların icrasına başlamaqla mülayim müxalifəti Rusiya HKQ-nin hədəfi olmaqdan xilas etmək mümkündür. ABŞ prezidentinin fikrincə, Rusiyanın məqsədi rejimi xilas etməkdir. O üzdən ruslar Əsəd rejiminə qarşı olan bütün qüvvələri bombalamaqda davam edəcək.
Barak Obama çıxışında Türkiyə - Suriya sərhədi məsələsinə də toxunub. "Türkiyə sərhədlərin bağlanması üçün əlindən gələn hər şeyi edir. Bu istiqamətdə irəliləyişlər var. 98 kilometrlik sərhəd xəttinə gəldikdə isə, xarici muzdlular və neft məhsulları kontrabandaçıları buradakı boşluqdan yararlanır. Bizim hərbçilər də türklərlə birlikdə sərhəddə sanksiyadankənar hərəkətlərin qarşısını almağa çalışır” – o deyib.