Yəmənin paytaxtı Sənada naməlum şəxslər Qırmızı Xaç beynəlxalq komitəsinin xanım əməkdaşını oğurlayıb. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, hələlik Komitədən hər hansı tələb irəli sürülməyib. Beynəlxalq qurumun nümayəndəsi bildirib ki, personalın şəhərdə hərəkətinə məhdudiyyət qoyulub.
Daha öncə Komitənin Yəmənə daha iki təyyarə ilə tibbi ləvazimat və personal göndərməyi planlaşdırdığı xəbər verilirdi.