Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ölkəsinin miqrasiya qanununu modernləşdirməyə çağırıb. Baki-xeber.com-un kommersant.ru-ya istinadən xəbərinə görə, o, miqrant adı altında ölkəsinə terrorçuların keçə biləcəyindən narahatlıq ifadə etsə də, islamofobiyanın güclənməsinə imkan verilməməsinin zəruriliyinə də diqqət çəkib.
Elmi-ekspert şurasının yuxarı palatasında "Rusiya ətrafında və daxilində miqrasiya problemləri” mövzusunda keçirilən iclasda Matviyenko deyib ki, miqrasiya haqqında RF qanunu 20 il bundan öncə qəbul olunub və dövrün tələblərinə cavab vermir.
Matviyenko onu da deyib ki, hazırkı vəziyyətdə ölkəyə qanunsuz miqrantlarla birlikdə terrorçuların keçməsi istisna deyil və "Yaxın Şərq problemi çözülməyincə və silahlı münaqişələrə son qoyulmayınca məsələnin həlli görünmür”. "Terrorçular vətəni, milliyyəti, dini, əxlaqı və vicdanı olmayan eybəcərlərdir. Lakin bütün terrorçuları müsəlmanlarla eyniləşdirmək də yanlış və təhlükəlidir”- deyə o vurğulayıb.