Bu gün səhər saatlarında Tokionun mərkəzində yerləşən məşhur Yasunuki məbədində partlayış baş verib. Baki-xeber.com bu barədə utro.ru saytından xəbər əldə edib.
Yapon polisinin məlumatına görə, hadisə yerində əldədüzəlmə partıayıcı qurğunun fraqmentləri aşkar olunub. Eyni zamanda hadisə yerində daha bir şübhəli predmet aşkarlanıb ki, minaaxtaranlar onun təhqiqatı ilə məşğul olur.
Xəbərdə deyilir ki, partlayış məbədin giriş qapısı yaxınlığında yerləşən tualetdə baş verib. Polis bunun terror aktına cəhd olduğunu düşünür. Məsələ burasındadır ki, bu məbədin ətrafında ciddi fikir ayrılığı yaşanır: yaponlar Yasunukinin imperator uğrunda döyüşərək həlak olmuş hərbçilərin ruhlarının məsgəni sayır ki, bu sıraya II Dünya müharibəsindən sonra edam edilmiş hərbi cinayətkarlar da daxildir. Çin və Koreya isə məbədi yapon militarizminin mənəvi mərkəzi hesab edir.
Məbəd dövlətlə əlaqəli olmasa da, periodik olaraq buranı Yapon hökumətinin üzvləri ziyarət edir. Yalnız baş nazir Sindzo Abe, qonşularla münasibətləri daha da gərginləşdirməmək üçün buraya gəlmir. 23 noyabr isə Yaponiyada Əmək bayramı kimi qeyd olunur və bu münasibətlə Yasunuki ərazisində məbəd festivalı keçirilir. Buna görə də, bu gün səhər saatlarından məbədin ətrafında həmişəkindən daha artıq insan olub.