Bu gün Ulyanovskda Malidə terrorçuların otelə hücumu nəticəsində həlak olan 6 sakinlə bağlı matəm elan olunub. Bu barədə baki-xeber.com gazeta.ru-ya istinadən xəbər verir.
Xəbərə görə, həmin 6 nəfər "Volqa-Dnepr” aviakompaniyasının əməkdaşı olub, onlardan 5-i Ulyanovskda yaşayırdı. Matəmlə əlaqədar olaraq vilayətdə dövlət bayraqları yarıyadək endirilib, bütün əyləncəli proqramlar təxirə salınıb.
Xatırladaq ki, Malidə "Radisson Blu” otelinə 20 noyabr tarixində terrorçuların hücumu nəticəsində 170 nəfər girovgötürülmüşdü.