ABC telekanalının xəbərinə görə, "Sərhədsiz həkimlər” humanitar təşkilatının Suriyadakı hospitallarından biri bombalanıb. Nəticədə iki nəfər ölüb, altı nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Baki-xeber.com kommersant.ru saytına istinadən bildirir ki, aviazərbələrə paytaxt Dəməşqin şimalındakı Ərbin şəhərində yerləşən hospital məruz qalıb. Belə ki, hospitalın yaxınlığında 2 raket partlayıb. Hadisə şahidləri bildirib ki, partlayış hospitala bir neçə xəstə gətirildiyi anda baş verib.
Daha öncə verilən xəbərə görə, Yəmənin şimal-qərbindəki Saada şəhərində yerləşən hospitala da bir neçə aviazərbə endirilib. Xəbərdə bildirilirdi ki, həmin anda hospitalda xəstələr və tibbi personal olub.