Malinin Paytaxtı Bamokoda Radisson Oteldə terroristlər tərəfindən girov götürülən Türk Hava Yollarının işçi personalını gətirən təyyarə bu gün səhər saatlarında İstanbulun Atatürk hava limanına enib. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, bunlar kapitan pilot İsmail Yerli, ikinci kapitan pilot Sadik Murat Arat, həmçinin ekip üzvləri Murad Gündüz, Lütfiyyə Dəniz Kıvrak, Şərifə Taşçı Kabacık və Eray Sevimdir.
Personalın dünən gecəni Türkiyə səfirliyində keçirdiyi, səhər səfirlik binasından hava limanına gətirildiyi bildirilir.