"Turkish Airlines” aviakompaniyasının Nyu-Yorkdan Ankaraya uçan "Airbus A330” təyyarəsi Kanadanın Qalifaks aeroportuna məcburi eniş edib. Baki-xeber.com-un utro.ru-ya istinadən xəbərinə görə, bu barədə NBC telekanalı xəbər yayıb.
Təyyarənin göyərtəsində 256 nəfər sərnişin olub və onların hamısı evakuasiya olunub. Kanada polisi təsdiqləyib ki, təyyarə bomba xəbərdarlığının ardından kursunu dəyişərək Qalifaksa eniş edib.