Ötən gecə Aralıq dənizinin Şərq rayonuna daxil olan Fransa aviadaşıyıcısı "Şarl de Qoll” 23 noyabrdan Suriya ərazisində aktiv anti-İŞİD əməliyyatlarına qoşulur. Bu abarədə baki-xeber.com utro.ru saytına istinadən xəbər verir.
"O, sabahdan əməliyyatda iştiraka hazır olacaq" – deyə Fransanın müdafiə naziri Jan-İv le Drian "Europe1” radiostansiyasına açıqlamasında bildirib.
Daha öncə verilən xəbərə görə, "Şarl de Qoll”un başçılıq etdiyi aviadaşıyıcılar qrupuna La Motte-Picquet freqatı, çoxhədəfli Aquitaine freqatı və Aviation təchizat tankeri də qoşulacaq.