Xüsusi əməliyyat nəticəsində Kabardin –Balkar Respublikasının Nalçik şəhərində terrorçu dəstə məhv edilib. Bu barədə baki-xeber.com Gazeta.ru saytına istinadən xəbər verir.
Milli antiterror komitəsinin olayla bağlı press-relizində deyilir: "Xüsusi əməliyyatın gedişində bandanın gizləndiyi sığınacaq aşkar edildi. Hüquq-mühafizə orqanları əməkdaşlarının silahı yerə qoyub təslim olmaq təklifinə cavab olaraq onlar hara gəldi atəş açmağa başladılar, hətta qumbara tulladılar. Bundan sonra əməliyyatın aktiv fazasına keçmək qərarı verildi və ilkin ehtimala görə, 11 nəfər neytrallaşdırıldı”. Komitənin açıqlamasında o da qeyd olunur ki, onların hamısı "İslam dövləti”nə sədaqət andı içmişdi.