Erməni saytı panorama.am-ın xəbərinə görə, 1902-ci ildə çar generalı Potto Qarabağın ilk könüllüləri ilə bağlı kitab yazıb. Guya həmin kitabında Potto iddia edir ki, Şuşa qalasını farslardan ermənilər qoruyub və o zaman orada heç müsəlman yox imiş!
Söhbətin 1826-cı ildən getdiyi nəzərə alınarsa, həmin dövrdə Qarabağda ermənilərin yox dərəcəsində, tək-tük olduğu tarixi mənbələrdə təkzibolunmaz faktlarla əsaslandırılıb. Tarixi mənbələr göstərir ki, ermənilərin bu regiona məhz həmin ildən sonra, "Türkmənçay” müqaviləsinin bağlanmasının ardından köçürülməsinə başlanıb. O halda maraqlıdır, Şuşa qalasını kim kimdən qoruyub? Axı zaman göstərdi ki, Azərbaycanın bu dilbər guşəsini elə erməninin özündən qorumaq lazım imiş!..
Baki-xeber.com