Amerikanın Belçikadakı səfirliyi mümkün teraktla bağlı bu ölkədəki vətəndaşlarını evdən çıxmamağa çağırıb. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə Associated Press yazır.
"Amerika səfirliyi bütün ABŞ vətəndaşlarını evdən çıxmamağa çağırır. Mütləq çıxmalısınızsa, insanların çox olduğu yerlərdən uzaq durun” – deyə rəsmi müraciətdə bildirilir. Səfirlik, həmçinin, əməkdaşlarını yaşayış kvartallarında, iş mərkəzlərində, kilsələrdə, restoranlarda, məktəblərdə, mağazalarda və turizm abidələrinin yaxınlığında yüksək səviyyədə ehtiyatlılıq nümayiş etdirməyə çağırıb.
Daha ğncə Belçikanın baş naziri Belçikada mümkün terakt barədə xəbərdarlıq edib.