Rusiya XİN Malidə otelə hücum nəticəsində 6 nəfər vətəndaşının həlak olduğunu təsdiqləyib. Baki-xeber.com Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə mlumat Nazirliyin saytında yerləşdirilib.
"Həlak olanlar arasında 6 nəfər bizim ölkənin də vətəndaşı var. Onlar terror hücumunun ilk anında digər ölkələrinvətəndaşları ilə bərabər otelin restoranında olublar və oradakı 13 nəfərin hamısı terrorçular tərəfindən güllələnib” – deyə məlumatda bildirilir.
Xatırladaq ki, 20 noyabr tarixində səhər saatlarında Malidəki "Radisson Blu” otelində atışma yaşanmış, otelə hücum edən silahlılar 170 nəfəri girov götürmüşdü.