Dövlət Departamentinin rəsmisi Con Kirbi bəyan edib ki, ABŞ "İslam dövləti” terrorçu qruplaşmasına qarşı koalisiyada Moskvanın rolunu onunla müzakirə etməyə hazırdır, yalnız bir şərtlə - Əsədi dəstəkləməkdən əl çəksin. Baki-xeber.com bu barədə kommersant.ru saytına istinadən xəbər verir.
"Koalisiyanın hər bir üzvü İŞİD-ə qarşı vahid mövqedə olmalıdır. Rusiyadan danışırıqsa, görürük ki, onun məqsədi İŞİD-in məhvinə dair koalisiyanın məqsədlərilə üst-üstə düşmür” - deyə Departament sözçüsü bildirib. Qeyd edib ki, "Rusiya ciddi şəkildə İŞİD-in Suriyada məhvini hədəfləyirsə, çox gözəl, biz onunla koalisiyanın işinə hansı töhfələr verə biləcəyini müzakirə etməyə hazırıq. Lakin hələlik bu yoxdur”.