Yeni Zelandiyada vertolyot qəzası baş verib. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, ölkə polisi 6 nəfər sərnişinin və pilotun öldüyünü təsdiqləyib.
Bildirilir ki, hadisə yerinə dərhal təcili yardım gəlsə də, sağ adam tapmayıb. "Alpine Adventures " şirkətinin nümayəndəsi vertolyotun onlara məxsus olduğunu təsdiqləsə də, əlavə şərh verməyib. Hazırda müvafiq orqanlar hadisənin səbəbini araşdırır və sərnişinlərin ailələrilə əlaqə yaratmağa çalışır. İlkin ehtimala görə, qəzaya qatı duman səbəb olub.