Cümə axşamı günü, 05 noyabr 2026
     

Yalan və şantaj üsullarla işləyən media orqanları(?) xüsusi monitorinq nəzarətinə alındı

Image


Mətbuat Şurası geniş müzakirə keçirdi

Əflatun Amaşov: "Təəssüflə qeyd etmək lazımdır ki, bəzi KİV-lər dəqiqləşdirilməmiş informasiyalar yayır"

Vüqar Səfərli: "Təklif edirəm ki, xüsusi monitorinq qrupu yaradılsın"

Dünən Mətbuat Şurasının təşəbbüsü ilə "Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış" mövzusunda "dəyirmi masa" keçirildi. Tədbirdə qəzet və sayt redaktorları iştirak edirdilər. Toplantıda son günlər bəzi media orqanlarının, əsasən də internet informasiya resurslarının bir sıra dövlət qurumları ilə bağlı məlumat və şərhlərinin cəmiyyətdə yaratdığı qeyri-müəyyənlik müzakirə edildi.
Tədbiri açan Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə, Azərbaycan mətbuatı ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrə hər zaman həssas yanaşıb: "Ötən yay təmas xəttində baş verən hadisə zamanı, həmçinin bu il Milli Məclisə keçirilən seçkilər zamanı öz vəzifələrini layiqincə yerinə yetiriblər. Bir çox məqamlarda öz həssaslıqlarını nümayiş etdiriblər. Amma bir çox mətbuat orqanları bu prosesdən kənara çıxıb. Bizim apardığımız araşdırmalar zamanı da bunlar ortaya çıxdı. Bu zaman heç bir mənbəyə belə fikir verilmir. Bəzi KİV-lər isə bilərəkdən və ya bilməyərəkdən bu cür xəbərlər verir. Həmin saytların əsas məqsədi ajiotaj yaratmaqdır. Demək olar ki, bütün saytlar və xəbər portalları həmin xəbərləri yayır. Amma həmin məlumatla bağlı qurum 3 gündən sonra təkzib verir. Mətbuat Şurası bununla bağlı monitorinq qrupu yaradıb. Bir çox məsələlər araşdırılır. Hətta bununla bağlı tədbirlər də keçirilir. Bəzən bu cür hadisələrin qarşısını almağa nail ola bilirik. Çox təəssüf ki, bəzi dövlət qurumlarının mətbuat xidmətləri kütləvi informasiya vasitələrini vaxtında informasiya ilə təmin etmirlər".
Ə.Amaşovun fikrincə, son zamanlar bəzi KİV-lərdə Milli Təhlükəsizlik Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş verən hadisələrlə bağlı təzadlı informasiyalar yayılır: "Son vaxtlar MTN ilə bağlı yayılan xəbərlər gedir. Başqa ölkələrdə də əgər bu cür hadisə baş versəydi, həmin ölkənin mediası kənarda qala bilməzdi. Bizim mətbuatımız da bu hadisələrdən kənar qalmadı. Belə ki, istər MTN, istərsə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı xəbərlər verildi. Mediamız bu işin öhdəsindən layiqincə gəldi. Onlar öz üzərlərinə düşən bütün öhdəlikləri yerinə yetirdi. Amma təəssüflər olsun ki, bu hadisələrlə bağlı düzgün məlumatlar yazmayan saytlar var. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi KİV-lər dəqiqləşdirilməmiş informasiyalar yayır. Baş verən olaylarla bağlı KİV-də yayılan xəbərlərdə diqqəti cəlb edən bir sıra hallar var. Populyar olmayan həmin saytlar bu xəbərlər vasitəsilə aypi yığırlar. Həmin saytlar məhz bu cür hadisələr zamanı aktiv olmağa başlayır. Bəzən ciddi saytlar belə həmin xəbərlərdən istifadə edir. Bu hal Mətbuat Şurasını daha çox narahat edir. Bu proses hüquqi yolla həll oluna bilər. Amma biz istəyirik ki, bu, hüquqi müstəviyə çatmadan Mətbuat Şurasında həll olunsun".
"APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı çıxış edərək bildirdi ki, bu günə kimi media bir çox dövlət qurumlarına ictimai nəzarəti həyata keçirib: "Media bircə MTN-ə ictimai nəzarət edə bilmirdi, onun da nəticəsi ortadadır. Əgər ölkədə ictimai şəxs barədə həbs-qətimkan tədbiri seçilibsə, mətbuat xidməti bunu rəsmi açıqlamalıdır. Xəbər varsa, yazılmalıdır. Dövlət sirri olan məlumatın mediaya necə çıxması dövlətin araşdırmalı olduğu məsələdir. Bu tip məlumatlar xırda saytlara ötürülür, nüfuzlu media qurumları isə onu olduğu kimi götürüb verirlər. Sonra da deyirlər ki, istinad etmişəm, məsuliyyəti mənim deyil. Belə olmalı deyil, bir redaktor başqa saytdan məlumat götürüb verirsə, onun məsuliyyətini bölüşməlidir. Bəzən hansısa sayt məlumatı araşdırmadan tirajlayır, digər xəbər saytları da həmin xəbəri yayır. Bu doğru deyil. Əgər baş verənlər xəbərdirsə, mütləq yazılmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevlə sonuncu görüşümüzdə də bu məsələlərə toxunduq".
Tədbirdə çıxış edən Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin sözlərinə görə, bəzi KİV-lərdə qarşı tərəfin mövqeyi nəzərə alınmır: "Qərəzli məlumatların yayılmasına maraq var. Son vaxtlar yayılan informasiyaların media aləminə heç bir aidiyyəti yoxdur. Bəzi "reket" saytlar müxtəlif şantaj xarakterli məlumatları tirajlamaqla məşğuldur. Hadisələrə etik media kontekstindən qiymət veriləndə məlum olur ki, burada heç bir etik prinsipə əməl olunmur. Bəzən bir sıra saytlar fəxrlə yazır ki, biz filan nazirin filan vaxtı azad olunacağı barədə məlumatı yaymışıq. Açıb həmin məlumata baxırsan görürsən ki, bu cür məlumatlar qərəzli xarakter daşıyır. Bu əməllər yığışdırılmalıdır. Əgər qanunun sərt üzü göstərilsə, o zaman xeyli media nümayəndəsi məsuliyyətə cəlb oluna bilər. Son vaxtlar dəb düşüb ki, bəzi "reket" saytlar bir neçə adlarla fəaliyyət göstərir. Hər hansı məlumatı pul qarşılığında saytdan çıxardıqdan sonra dərhal digər saytlara da qoyulur və oradan da çıxarılması üçün pul tələb olunur".
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin fikrincə, dəqiqləşdirilməmiş, şantaj xarakterli məlumatlar yayan saytın işində cinayət əməli varsa, hüquqi addımlar atılmalıdır: "Belə əməllərlə məşğul olanlar şəbəkələşmiş formadadırlar. Ona görə də onların üzərinə fərdi formada getmək lazım deyil. Onların üzərinə kütləvi şəkildə getmək lazımdır. Bu günə qədər belə qrupların əməlinə diqqət yetirilməməsi onların himayə olunması ilə bağlıdır. Bu saytlar təsadüfən peyda olmayıblar. Ola bilər ki, bu saytlar vaxtilə hansısa qurum tərəfindən himayə olunub. Belə saytların nüfuzlu şəxsləri necə şantaj etdiyinin şahidi olmuşam. Hətta özümə qarşı da olub".
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid yalan məlumat yayan saytların adlarının açıqlanmasını təklif etdi. O bildirdi ki, həmin saytların adları açıqlanmalıdır və ciddi tədbirlər görülməlidir: "Reket" qəzetlər və saytlarla bağlı tədbirlər görülməlidir. Onların bəziləri Mətbuat Şurasının rəhbərliyini, üzvlərini, məmurları təhqir edir. Bunların fəaliyyətini dayandırmaq, qadağa qoymaq lazımdır. Qəzet köşklərinə baxırsan, onların qəzetləri öndədir. Belə olmamalıdır".
"Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun sözlərinə görə, "reket" media qurumlarının aşkarlanmasında internet saytlara güzəşt edilib: "Biz dedik ki, həmin saytlar "qara siyahı"ya düşsə, onların ev alması mümkün olmayacaq. Biz ürəyiyumşaqlıq etdik. Amma bundan sonra Mətbuat Şurası monitorinq edib nəticəyə uyğun olaraq tədbir görməlidir. Bu gün tədbirdə iştirak edənlər də Şuranın imeilinə "reket" hesab etdiyi saytların adlarını yazıb göndərsin".
KİV DF sədri Vüqar Səfərlinin sözlərinə görə, hamı bilir ki, o saytlar kimlərdir: "Biz bu gün ciddi məsələnin həlli ilə bağlı yığışmışıq, amma bəziləri buna qeyri-ciddi yanaşır. Hamı bilir ki, o saytlar kimlərdir. Hamı danışır, heç kim ad çəkib özünü pis etmək istəmir. Əli müəllimin açıqlamasında qeyd olunduğu kimi bu işi Mətbuat Şurası tənzimləməlidir.
Təklif edirəm ki, xüsusi monitorinq qrupu yaradılsın və müəyyən vaxt ərzində bəlli saytlar monitorinq nəzarətinə götürülsün. Monitorinq keçirməlidir, nəticələr açıqlanmalıdır və onlara qarşı ciddi tədbirlər görülməlidir. Mənə rabitə sahəsində işləyən vəzifəli şəxslər zəng edib deyirlər ki, onlar şantaja məruz qalırlar. Hələ həbs edilməyən vəzifəlilərə saytlardan zəng edib deyiblər ki, sənin haqda MTN olayları ilə bağlı ciddi materiallar var. Biz görüşüb bu məsələni həll etməliyik. O adam görüşmədiyi üçün səhəri gün saytda onun şəkillərini MTN-də tutulanlarla yanaşı verib yazırlar ki, bu adamlar hələ də həbs edilməyib. Hamınız əzbər bilirsiniz ki, onlar kimdir və arxalarında kim dayanır. Əzbər bilirsiniz ki, kimlərə arxalanıb bunu edirdilər və hələ də davam etdirirlər".
Vüqar Səfərlinin təklifi çıxışçılar tərəfindən dəstəkləndi.
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə yalan xəbər yayan saytları dövlətçilik mövqeyi ortaya qoymağa çağırdı. Bildirdi ki, belə hallar dövlətə və xalqa ziyan gətirirsə, ona dur demək lazımdır.
Sonra digər mətbuat nümayəndələri çıxış edərək öz fikirlərini bildirdilər. Elxan Şükürlü, Taleh Şahsuvarlı və başqaları çıxış etdilər.
Vidadi ORDAHALLI
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ