Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən noyabrın 25-də Sabirabad rayonunda vətəndaşların qəbulu keçiriləcək.
Ədliyyə Nazirliyi mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, qəbulda Sabirabad, Saatlı və İmişli rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Qəbul saat 11:00-da Sabirabad rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Sabirabad şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək.
Bildirilir ki, vətəndaşlar qəbula Şirvan regional ədliyyə şöbəsi (ünvan: Şirvan şəhəri, F.Eynullayev küçəsi, 17, əlaqə telefonu: (02121) 5-15-66, (050) 567-98-24), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Sabirabad rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.