Mühafizə polisində xidmət edən 6 uşaq atası, 46 yaşlı Yakub Aktürk düşmən gülləsinə hədəf oldu. Baki-xeber.com-un Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbərinə görə, Ərzurumun Şənkaya rayonunda PKK-çılarla çıxan atışmada ağır yaralanan Yakup Aktürk təcili yardım helikopteri ilə xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə rəğmən, həyatını itirib. Şəhidin cənazəsi torpağa tapşırılmaq üçün məmləkəti Şənkayaya gətirilib.