Suriya humanitar yardım aparan Rusiya FHN-in təyyarəsi geri dönərkən konflikt zonasını tərk etmək istəyən 87 nəfər Rusiya və MDB ölkələri vətəndaşını da özü ilə gətirib. Bu barədə baki-xeber.com Rusiya mətbuatına istinadən xəbər verir. Moskva FHN-dən bildirildiyinə görə, Latakiyadan bir neçə saat öncə havaya qalxan İl-76 təyyarəsində Suriyanı tərk etmək istəyən 87 sərnişin var:”Onlardan 54 nəfəri Rusiya, 12 nəfəri Suriya, 10 nəfəri Ukrayna vətəndaşıdır. Eyni zamanda Belarus və Qazaxistan vətəndaşları da var”.
Qeyd edək ki, Rusiya FHN-in sözügedən təyyarəsi bu gün konflikt bölgəsinə 20 ton humanitar yardım aparıb.