Suriyada daha bir azərbaycanlı öldürülüb. APA-nın məlumatına görə, Zərdab rayon, Qumlu qəsəbəsinin sakini, 1990-cı il təvəllüdlü Tural Yusif oğlu Asdanov iyulun 25-də Suriyada hökumət qüvvələri tərəfindən öldürülüb.
T. Asdanovun yaxınlarının APA-ya verdiyi məlumata görə, o 2014-cü ilin sonlarında Suriyaya gedib. T. Asdanov sonuncu dəfə ailəsi ilə iyulun 24-də telefon əlaqəsi saxlayıb. Bir neçə gün sonra isə yaxınları onun ölüm xəbərini alıb.