Dünən Dağıstanda qanunsuz silahl birləşmələrə qarşı əməliyyatın davamı olaraq daha bir bandit qruplaşmasiının lideri – 1986-cı il təvəllüdlü Maqomed Abdullayev qətlə yetirilib. Bu barədə İnterfaks-ın jurnalistlərinə hüquq-mühafizə orqanlarından bildiriblər. Xəbərə görə, söhbət qanunsuz silahlı birləşmələrə qarşı 10 avqust tarixində başladılan əməliyyatın davamından gedir. Həmin əməliyyatda "İmarat Kavkaz” qruplaşmasının əmiri Maqomed Süleymanov məhv edilmişdi. Dünən qanunsuz silahlı qruplarla güc strukturlarının daha bir toqquşmasında terrorçular Gimri kəndi ərazisində blokadaya salınıb və başçısı məhv edilib.