İsmayıllı rayonu, Tircan kəndində Şahdağ Milli parkına məxsus dağlıq ərazidə yanğın başlayıb. Baki-xeber.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi və Aviasiya dəstəsinin 2 helikopteri yanğının söndürülməsi üçün dərhal hadisə yerinə göndərilib. Ərazidə quru kol-kos və ağacların yandığı bildirilir. Yanğın hələ ki, davam edir.