PKK hücumlarını qınayan millətçi fəallar HDP-nin binası üzərinə Türk bayrağı sancıb. Olaya etiraz edən HDP-lilərlə millətçi qrup arasında daşlı-dəyənəkli savaş yaşaıb. Bunun ardından toplaşan qrup terrorçu PKK-nın hücumlarına etiraz olaraq Atatürk Anıtı önünə toplaşıb və Atatürk caddəsinə yürüş edilib. Yürüşçülərin HDP binasına yaxınlaşmasına polis icazə verməyib. Qrupdan ayrılan bir neçə nəfər HDP-nin binası üzərinə Türk bayrağı sancıb. Bundan sonra qrupla HDP-lilər arasında qarşıdurma yaşanıb. Polis gözyaşardıcı qazla savaşa müdaxilə edib. Qarşıdurma nəticəsində 1 polis, 9 fəal yaralanıb. Alanya yerli icra rəhbəri Hasan Tanrısevənin müraciətindən sonra etirazçılar dağılışıb.