Dünən yerli vaxtla saat 22:30 radələrində Türkiyənin Diyarbəkir əyalətində polislə PPK-çılar arasında atışma baş verib. Bu barədə baki-xeber.com Türkiyənin "Sözcü" qəzetinə istinadən məlumat verir. Məlumatda bildirilir ki, terrorçu qrup Silvan Polis İdarəsinə və Yol Patrul Xidmətinə uzun lüləli silahlardan atəş açıb. Polisin qarşılıq verməsinin ardından terrorçular qaçmağa başlayıb. Bu zaman polislər Polis İdarəsi önündən keçən bir TIR-dan şübhələniblər. Polisin "dur” əmrinə tabe olmayan TIR-a polis zirehli avtomobildən atəş açıb. Atəş nəticəsində dayanan maşının sürücüsü göz altına alınıb. Onun kimliyi dəqiqləşdirilir.