Qusar rayonunun Samur qəsəbəsində (rayon mərkəzindən 30 km aralı) "Toyota" markalı minik avtomobili ilə "T-24" markalı traktorun toqquşması nəticəsində yanğın baş verib və hər iki nəqliyyat vasitəsi yanıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı ala bilib. İnsan tələfatı yoxdur.
Baki-xeber.com