Dünən İndoneziyada uçuş zamanı qəfil radarlardan itmış təyyarənin axtarışları onun hissələrinin tapılası ilə nəticələnib. Baki-xeber.com rg.ru saytına istinadən xəbər verir ki, təyyarənin İndoneziyanın Papua əyalətində qəzaya uğradığı ehtimal olunur. Trigana Air Service kompaniyasına məxsus təyyarə Cayapura – Oksibil reysi üzrə uçurmuş, eniş etməsinə 10 dəqiqə qaldığı vaxtda qəfil radarlardan itib. Onun Oksibil şəhərinin 12 kilometrliyində olan Papua əyalətinə düzdüyü güman olunur. Hazırda xilasedicilər ora yollanıb. Təyyarədə 49 sərnişin, 5 ekipaj üzvü vardı.