ABŞ-in Yaponiya şəhərləri Xirosima və Naqasakiyə nüvə bombası atmasının 70 illiyi ərəfəsində Vaşinqtonun o zaman Yaponiya üçün hazırladığı müdhiş planı üzə çıxıb. Baki-xeber.com-un ABŞ mətbuatına istinadən xəbərinə görə, 1945-ci il 6 və 8 avqust tarixlərində Xirosima və Naqasakini yerlə-yeksan etdikdən sonra Vaşinqton, Yaponiya təslim olmasa bu ölkənin daha 12 şəhərini bombalamağı panlaşdırırmış.