Müdafiə nazirinin müavini, Maddi-Texniki Təchizat Baş İdarəsinin rəisi, general-mayor Qorxmaz Qarayev tutduğu vəzifədən azad edilib. Bu barədə bai-xeber.com azeridefence.az saytıbdan məlumat əldə edib. Saytın hərbi sahədəki mənbələrinə istinadla yaydığı xəbərə görə, o, ordu birləşmələrindən birinə komandan müavini təyin edilib. Q. Qarayevin yerinə isə polkovnik Fuad Məmmədov təyin olunub.
Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Rüfət Əmirov isə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi vəzifəsinə təyin olunub. Qeyd edək ki, bir neçə gün əvvəl C. Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Mirzə Almasov və Silahlı Qüvvələrin Baş İnspeksiyasının rəisi, general-mayor Fəxrəddin Cəbrayılov Silahlı Qüvvələrin sıralarından tərxis olunub.