Avqustun 16-na keçən gecə İstanbulda Kürd Fəhlə Partiyasının gənc fəalları polislərə hücum edib. Baki-xeber.com-un "Россия 24" telekanalına istinadən xəbərinə görə, bu, polisin 15 nəfəri həbs etməsi və qanunsuz silahları götürmsi ilə sonuclanan əməliyyatına cavab kimi qiymətləndirilir. Qiyamçılar asayiş keşikçilərinə alışdırıcı maye atıb, təkər yandırıb, mağazaların vitrinlərini sındırblar. Polis bu əməllərə gözyaşardıcı qazla qarşılıq verib. 3 saat davam edən qarşıdurmanı nəhayət sonlandırmaq mümkün olub.