İraq hərbi qüvvələri xalq könüllüləri ilə birlikdə sutka ərzində İŞİD-in 120 terrorçusunu məhv edib. Bu barədə baki-xeber.com Rusiya KİV-nə istinadən xəbər verir. Qeyd olunur ki, terrorçuların məhv edilməsi yönündə əməliyyatlar Ənbar və Səlahəddin əyalətlərində aparılıb. ABŞ-ın başçılığı altında İraqın və beynəlxalq koalisiyanın hərbi hava qüvvələri, həmçinin, "İslam dövləti”nin mövqelərinə 43 hücum gerçəkləşdirib. Əsas zərbələrin hədəfi Ramadi şəhəri olub. Aviazərbələr nəticəsində burada 45 terrorçu məhv edilib, bir neçə zirehli avtomobil və raket atıcısı sıradan çıxarılıb.