Dəməşq yaxınlığında Suriya müxalifətinin nəzarətində oln bazarın dövlət aviasiya qüvvələri tərəfindən bombalanması nəticəsində 80-dən çox mülki vətəndaş həlak olub. Bakı-xeber.com-un "Reuters”-ə istinadən xəbərinə görə, 200 nəfərə yaxın sakin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hüquq müdafiəşilərinin sözlərinə görə, qırıcılardan bazarın üzərinə atılan raketlərin sayı 10-dan az olmayıb. Aviazərbələrin xilasedicilərin gəlişindən sonra da davam etdiyi bildirilir.