Dünən Hakkarinin Şəmdinlı bölgəsində bir qrup PKK-çı yolu bağlayaraq kimlik yoxlaması aparmış, təhlükəsizlik güclərinin müdaxiləsindən sonra atışma çıxmış, baş komissar Ahmet Çamur şəhid olmuşdu. Baki-xeber.com Milliyet qəzetinə istinadən xəbər verir ki, bu gün günorta saatlarında həmin bölgədə vəziyyət yenidən gərginləşib. Yerli vaxtla saat 13:45-də PKK-çılar yenidən yolda post qurub. Duruma müdaxilə edən təhlükəsizlik gücləri ilə PKK-çılar arasında atışma başlayıb. Ərazidə zirehli avtomobillərlə hərəkət edən polis əhaliyə ikinci bir əmr çıxana kimi küçəyə çıxmamaları ilə bağlı müraciət edib.